Ru
14:35 / 07 İyul 2025

Almaniyada azərbaycanlı tələbənin meyiti tapıldı

Almaniyada azərbaycanlı tələbənin meyiti tapıldı
Eye

Azərbaycanlı tələbə Almaniyada ölü tapılıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, birinci kurs tələbəsi Kənan Camal oğlu Səfərov iyulun 5-də Münhendə yaşadığı evdə ölü tapılıb.

Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov açıqlamasında deyib ki, Kənan Səfərov 6 aydır Almaniyaya gedib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi işləyib.

O, iyulun 5-i işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib. Qapını döysələr də, açan olmayıb, mənzilə pəncərədən daxil olublar və döşəmənin üzərində Kənan Səfərovun meyitini aşkarlayıblar.

Meyitin üzərində hər hansı zorakılıq əlaməti olmayıb.

Onun qida zəhərlənməsindən və ya digər başqa səbəbdən ölümü araşdırılır.

Hüquq-mühafizə orqanlarına məlumat verilib, cənazənin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar