Ru
15:24 / 07 İyul 2025

Azərbaycanda kreditlərin faizi ARTDI

Azərbaycanda kreditlərin faizi ARTDI
Eye

2025-ci il iyun ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib.

Bakupost.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3.79 faiz bəndi artıb.

Eyni zamanda, cari ilin iyun ayının 1-nə ölkədə xarici valyuta ilə yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 6,59% təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0.84 faiz bəndi çoxdur.

Qeyd edək ki, cari ilin iyun ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28 milyard 386.5 milyon manata bərabər olub. Kredit portfelinin 15 milyard 100 milyon manatı biznes kreditləri, 8 milyard 881.9 milyon manatı istehlak kreditləri, 4 milyard 404.6 milyon manatı isə ipoteka kreditləri təşkil edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar