“Moskva əmindir ki, Rusiya və Azərbaycan tərəfdaş və müttəfiq olaraq qalmalıdır”.
Bakupost.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Moskva ilə Bakı arasında yaranan problemlər konstruktiv şəkildə həll olunmalıdır.
Peskovun sözlərinə görə, rusiyalı diplomatlar Azərbaycan tərəfi ilə daimi əlaqədədir və saxlanılan Rusiya vətəndaşlarının maraqlarını müdafiə edirlər.
Bundan əlavə, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və baş prokuror İqor Krasnov Azərbaycanın Baş prokuroru ilə əlaqə saxlayırlar.
Aysel,
BakuPost