Ru
18:19 / 18 Noyabr 2023

Anar onlara ev verdi - Siyahıda müşaviri və sürücüsü də var

27155
Bir neçə gündür ki, mətbuat və sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin bir qrup yazıçıya ev verdiyi, lakin siyahını açıqlamadığı bildirilir.

Bakupost.az məsələ ilə bağlı araşdırma aparıb.

Siyahıda kimlərin adı olması ilə bağlı öncə AYB-nın mətbuat xidmətinin rəhbəri Xəyal Rza ilə əlaqə saxladıq. Ondan sosial şəbəkələrdə yayılan siyahının doğru olub-olmadığını soruşduq.

Xəyal Rza binanın AYB-yə məxsus olmadığını, sosial şəbəkələrdə yayılan siyahının isə reallığı əks etdirmədiyini bildirdi:

"Bina bizim deyil. Hələlik tikinti tam başa çatmayıb. Sosial şəbəkələrdə yayılan siyahı isə düzgün deyil".

Bakupost.az-ın əldə etdiyi məlumata görə, yazıçılar arasında qalmaqala səbəb olan bina AYB-yə məxsus torpaq sahəsində tikilir. Xətai metrosu yaxınlığında tikilən 12 mərtəbəli binada 200-ə yaxın mənzil var. Həmin mənzillərdən 30-nun AYB-yə ayrıldığı bildirilir.

Məlumata görə, AYB həmin mənzillərdən 21-nı öz üzvlərinə vermək barədə qərar qəbul edib. Qeyd olunur ki, mənzillər təmirsizdir.

"AYB-nın 21 üzvünə verilən mənzillərin əksəriyyəti 1-2 otaqlıdır. Lakin 3-4 otaqlı mənzillər də var. 21 mənzil əsasən, AYB-nın idarə aparatında çalışanlara, oradan dəfələrlə ev və maşın alanlara verilib. Onların arasında elələri var ki, bu, AYB-dən aldığı üçüncü mənzildir", - deyə mənbəmız bildirib.

Maraqlı nüanslardan biri də odur ki, ev alanlar arasıda AYB sədri Anarın sürücüsü, bəzi katiblərin isə katibələri də var.

Beləliklə, siyahını təqdim edirik:

1.Əli - Təsərrüfat şöbəsinin müdiri
2.Elmar - Təsərrüfat şöbəsinin işçisi
3.Anarın sürücüsü
4.Elxan Zal - evi var
5.Ülviyyə Heydərova - jurnalist
6.Arifə Əliyeva - Kadrlar şöbəsinin müdiri, AYB-dən ücüncü evi alıb.
7.Məlahət Qənbərova
8.Rauf Aslanov - Anarın müşaviri
9.Şəmsiyyə Camalova - İlqar Fəhminin katibəsi, evi var
10.Narıngül Nadir - evi var.
11.Şəfəq Sahibli - evi var.
12.Südabə Ağabalayevə - "Azərbaycan" jurnalının baş redaktoru
13.Firuz Mustafa - evi var
14.Vaqif Əlixanlı - evi var
15.Dəynaət Osmanlı - AYB-dən aldığı ikinci ev
16.Xanəmir - evi var
17.Ulucay Akif - evi var
18.Güləmayıl Murad- evi var
19.Gülxani Pənah - evi var.

Zaur, BakuPost

Şərhlər
  • Elçin Kərimov

    Aləmzar Sadiqqızına kim ev verdi ki ? Adam facebook'da dad eliyir AYB əlindən, siz də yazmısınız ki evalıb. Ev zad almayıb

  • İlkin Qarayev

    Cənab nazir sizdə xaş edirəm ki məni işə qəbul edesiz Qarayev İlkin Əkbər oğlu 11 08 1999 ismayıllı rayon salatunəsgərov küçəsi ev 412 2 çi Qarabağ iştirakçısyam xocevent Cəbrayıl Zəngilan rayonlarında döyüşmusem mekmlgum yoxdu

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər