Ru
16:01 / 03 Sentyabr 2024

Anomal istilərdən 248 nəfər öldü

Anomal istilərdən 248 nəfər öldü
Eye

Yaponiyada həddindən artıq istilərdən ölənlərin sayı 248-ə yüksəlib.

Bakupost.az xəbər verir ki, Tokio Böyükşəhər Qubernatorluğunun Tibbi Müayinə Bürosu həddindən artıq istilərin səbəb olduğu ölümlərlə bağlı məlumatları yeniləyib.

Müvafiq olaraq, iyun-avqust ayları arasındakı 3 aylıq dövrdə paytaxt metropolunda yüksək temperaturdan ölənlərin sayı 248-ə yüksəlib.

Həyatını itirənlərin yaşlarının 40-90 arasında olduğu, yaşadıqları evlərdə və iş yerlərində kondisioner olmadığı və ya aktiv istifadə edilmədiyi müəyyən edilib.

NHK dövlət televiziyasının xəbərinə görə, 2022-ci ildə Tokioda yüksək temperatur səbəbindən 251 nəfər ölüb.

Elnur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar