Ru
15:23 / 30 İyul 2025

Hesablama Palatası daha bir dövlət qurumunda ciddi nöqsanlar aşkar etdi

Hesablama Palatası daha bir dövlət qurumunda ciddi nöqsanlar aşkar etdi
Eye

Hesablama Palatası “Naxçıvan İpoteka Fondu" ASC-yə ayrılan dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə və idarəedilməsinin hüquqi aktlara uyğunluğunu audit edib.

Bakupost.az Palataya istinadən xəbər verir ki, audit 2023-2024-cü illəri əhatə edib.

Hər iki ildə "Naxçıvan İpoteka Fondu"na Muxtar Respublika büdcəsindən 2,75 milyon manat vəsait ayrılıb, 2023-cü ildə 1 milyon 543,3 min manat, 2024-cü ildə isə 3 milyon 956,7 min manat vəsait güzəştli (4%) kreditləşməyə yönəldilib. Cəmiyyət 2023-cü ildə adi ipoteka (8%) kreditləşməsinə 1 milyon 31,7 min manat, 2024-cü ildə isə 1 milyon 865,1 min manat vəsait cəlb edb. Cəmiyyətin 2023-cü ildə faiz gəlirlərindən 485,1 min manat, 2024-cü ildə isə 589,2 min manat gəliri olub.

Cəmiyyətin 1 yanvar 2025-ci il tarixə aktiv güzəştli kreditlərin məbləği 11 milyon 605,7 min manat, adi kreditlərin məbləği 7 milyon 63,3 min manat olmaqla, ümumilikdə kredit portfeli 18 milyon 668,9 min manat olubş

Güzəştli ipoteka kreditlərinə şamil edilməyən və güzəştli kateqoriyaya daxil olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş adi ipoteka kreditləri hazırda yalnız "Naxçıvan İpoteka Fondu"nun yığımı hesabına maliyyələşdirilir. Bu istiqamət üzrə illik maliyyələşmənin məbləği cəmi orta hesabla 1 milyon manat təşkil edir ki, bu vəsaitlə orta hesabla 7 nəfər vətəndaş ipoteka kreditindən yararlana bilir. Mövcud vəziyyət əhalinin mənzilə olan yüksək tələbatı fonunda kifayət qədər məhdud imkan yaradır və yalnız çox az bir hissəni əhatə edir.

Naxçıvan Muxtar Respublikasında vətəndaşların ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsi və limitlərin müəyyən olunması prosesində şəffaflıq və operativliyin təmin edilməsi məqsədilə ipotekanın əldə edilməsi üçün müraciətlərin elektron sistem vasitəsi ilə həyata keçirilməsi üçün hüquqi və elektron bazanın olmaması ipoteka kreditlərinin verilməsində bir çox çətinliklər yaradır. Elektron sistem olmadığından vətəndaşlar tərəfindən həm müvəkkil banklara, həm də İpoteka Fonduna çoxsaylı (təqribən illik 450 müraciətdən çox) müraciətlər olunur və müraciət edən vətəndaşa müvafiq sıranın çatması uzun müddət tələb edir.

Auditlə aşağıdakılar nöqsanlar müəyyən olunub:

“Naxçıvan İpoteka Fondu” 2023-cü il və sonrakı üç il üçün büdcədən vəsaitlərin ayrılması məqsədilə proqnoz layihəsi hazırlayaraq təqdim edib. Müvafiq proqnoz layihəsinə uyğun olaraq 2023-cü il üçün 850 min manat vəsait istənilsə də, büdcədən 2 milyon 750 min manat vəsait ayrılıb. Lakin müvafiq il üzrə həmin vəsaitin 56,1 %-i yəni 1 milyon 543 min manatı ipoteka kreditləşməsinə yönəldilərək sərf edilmiş, 1 milyon 207 min manatı qalıq kimi saxlanılıb. Vəsaitin hesabda qalıq kimi saxlanılması və ipoteka kreditləşməsinə cəlb edilməməsi Cəmiyyətin gəlirlərinin azalmasına səbəb olub.

Qanunvericiliyin tələbləri gözlənilməyərək 14 borcalan üzrə 90 gündən çox gecikmə nəticəsində ümumilikdə 560,6 min manat vəsaitin müvəkkil bankdan geri alınması ilə bağlı Cəmiyyət nəticəli tədbir görməyib.

Qanunvericiliyə zidd olaraq auditin əhatə etdiyi dövrdə "Naxçıvanbank"ın verdiyi cəmi 60 ipoteka krediti üzrə 3 milyon 397,2 min manat vəsaitin ilkin maliyyəşməsi aparılmadan yenidən maliyyələşdirməsi həyata keçirilib. Müvafiq olaraq ilkin maliyyəşmənin həyata keçirilməməsi nəticəsində sonrakı hər gün üçün yenidən maliyyələşdirməyə qədər hesablanmalı olan itirilmiş faiz gəlirləri 21,2 min manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli qərarı ilə ləğv olunan “Naxçıvanbank” 2023-2024 cü illər üzrə məcmu kapitalın məbləği, adekvatlıq əmsalı, yüksək likvid aktivlərin cəmi aktivlərə nisbəti, ani likvidlik əmsalı, orta aktivlərin rentabelliyi və orta kapitalın rentabelliyi və filialların sayıbarədə məlumatları rüblük qaydada Cəmiyyətə təqdim etməyib, bu, kredit portfelinin keyfiyyətinin qiymətləndirilməməsinə, problemli kreditlərin (təxirə salınmış və ya ödənilməyən borcların) yaranmasına səbəb olub.

Cəmiyyətin Nizamnaməsinin tələbləri gözlənilməyərək strukturu, işçilərin say həddi, vəzifə maaşı və aylıq əməkhaqqı fondu 2 fevral 2022-ci il tarixli Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Qərarının 16 nömrəli əlavəsi ilə təsdiq edilmişdir. Müvafiq olaraq auditin əhatə etdiyi dövrdə ştat cədvəlləri həmin qərar əsasında tərtib və təsdiq edilərək, icrası həyata keçirilib.

Cəmiyyətə 2023 - 2024-cü illərdə büdcədən ayrılmış 5,5 milyon manat vəsait “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”da öz əksini tapmasına baxmayaraq həmin məbləğ “Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat”da Cəmiyyətin gəliri kimi tanınmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar