Bir dövrə damğa vuran "Aşk-ı Memnu" serialı uzun illərdən sonra yenidən çəkilir. Filmin aktyor heyəti yavaş-yavaş bəlli olmağa başlayıb.

Bakupost.az xəbər verir ki, türk mediasında yayılan məlumata görə, aktrisa Hande Ataizi Aşk-ı Memnunun yeni Firdevsi olub.
Firdevsin digər qızı Peyker obrazını isə gənc aktrisa Nezaket Erden canlandıracaq.
Behlül rolu üçün bu həftə Furkan Andıç, Boran Kuzum, Halit Özgür Sarı və Serkan Çayoğlu Farah Zeynep Abdullah ilə sınaq çəkilişi edib və ən yaxşı aktyor Boran Kuzumla olub.
Matmazel rolunda Ebru Özkanın olacağı deyilir.
Qeyd edək ki, martın 15-də çəkilişi planlaşdırılan filmə Adnan bəy rolunu oynayacaq aktyor axtarır.
Aygün
BakuPost