Ru
13:01 / 08 Noyabr 2024

Bakı Stadionunda bütün işlər bu axşam yekunlaşacaq

 Bakı Stadionunda bütün işlər bu axşam yekunlaşacaq
Eye

“COP29-la bağlı Bakı Stadionundakı inşaat işləri 99 faiz tamamlanıb”.

Bakupost.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanlar inşası departamentinin direktoru Azər Quliyev deyib.

O bildirib ki, bu axşam bütün işlər yekunlaşacaq və məkan BMT-ə təhvil veriləcək: “Çox xırda işlər qalıb. İstifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsi prosesi də tamamlanır. Bütün materiallar dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda gördüklərinizin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar