Ru
11:51 / 29 Yanvar 2022

Gecə klubundakı dava ilə bağlı açıqlama - YENİLƏNİB-VİDEO

3508

Xəbər verdiyimiz kimi, paytaxtın Nizami rayonunda "X-Life" gecə klubunda ərəb turistlərlə ölkə vətəndaşları arasında kütləvi dava baş verməsi barədə məlumat yayılıb.


DİN Mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, insident ölkəyə turist kimi gələn 4 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı arasında baş verib. Onlar arasında mübahisə isə gecə klubunda yox, obyektdən kənarda baş verib.


Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər. Hadisə zamanı xidmətdə olan Nizami RPİ-nin əməkdaşları onları ərazi üzrə 25-ci Polis Şöbəsinə dəvət ediblər. Şöbədə tərcüməçinin iştirakı ilə onların izahatları alınıb və turistlər bir-birilərindən şikayət etmədikləri bildiriblər. İzahatları alınandan sonra isə həmin şəxslər sərbəst buraxılıblar.


Qeyd edək ki, ilkin məlumata görə, klubdakı insident obyektin gecə 12-dən sonra fəaliyyət göstərməsi ilə bağlı başlanmışdı.



***

09:39



Bakının Nizami rayonunda kütləvi dava düşüb.


Bakupost.az -ın məlumatına görə, dava dünən saat gecə 12 radələrində "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "X-Life" gecə klubunun yaxınlığında baş verib.

Ərazidə yaşayan sakinlərin dediklərinə görə, əraziyə polis əməkdaşları cəlb olunub, bir neçə nəfər saxlanılıb



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər