Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:18 / 23 Aprel 2024

"Bədii ədəbiyyata güclü maraq hiss etmirəm" - Elçin Hüseynbəyli

13764
"Kitab oxumaq da kardioqram çəkmək kimi ziqzaqlı bir prosesdir. Naşirlərlə söhbət edəndə həvəslə deyirlər ki, kitab oxuyanlar artıb. Amma növbəti dəfə söhbət edəndə satış olmadığını deyirlər".

Bunu Bakupost.az -a açıqlamasında yazıçı Elçin Hüseynbəyli 23 aprel Ümumdünya Kitab Günü haqda danışarkən deyib.

Onun sözlərinə görə, bu gün daha çox tarixi romanlar, şəxsi inkişafla bağlı kitablar oxunur:

“Bakıda bir gün görürsən ki, küçələr maşınla basırıqdı, amma bir gün sonra küçələr boş olur. Bizim kitab satışı da belədir. Şəxsən mən kitab satışıyla bağlı pessimistəm. Düşünmürəm ki, oxucular artır. Sadəcə olaraq, sosial şəbəkə oxucuları arta bilər, amma onlar da vacib deyil ki, bədii ədəbiyyat oxusunlar. Maliyyə, siyasət, iqtisadiyyatla bağlı ədəbiyyata maraq var. Ancaq bədii ədəbiyyata elə güclü maraq hiss etmirəm və görmürəm.

“Necə pul qazanmaq olar?”, “Necə karyera qurmaq olar?” adlı şəxsi inkişafla bağlı kitablar oxunur. Bir də oxucular tarixi romanlara maraq göstərirlər. Naşirlər də yazıçılara bu cür mövzulara üstünlük verməyi məsləhət görür. “Tərxan” tarixi romanımı bitirdim və bu il çapdan çıxacaq. İndi isə “Gültəkin Xaqan” romanını işləyirəm və düşünürəm ki, ilin sonuna qədər kitabı yekunlaşdıraram. Bizim onsuz da kitab yazmaqdan başqa işimiz yoxdur”.

Qeyd edək ki, 23 aprel Ümumdünya Kitab Günü və Ümumdünya Kitab və Müəlliflik Hüquq Günüdür. Bu tarix 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilib. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. 23 aprel - Vilyam Şekspir, Migel de Servantes və İnka Qasilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar