Ru
10:31 / 03 May 2025

Bir gündə dörd intihar - Biri qadındır

Bir gündə dörd intihar -  Biri qadındır
Eye

Ötən gün Azərbaycanda dörd nəfər intihar edib.

Bakupost.az xəbər verir ki, hadisələrdən biri Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.

Mayın 2-də 1969-cu il təvəllüdlü Vəsilə Murtuz qızı Salahova yaşadığı Şüvəlan qəsəbəsindəki evdə özünə qəsd edib.

Həmin gün Abşeron rayonunun Digah kəndində 1988-ci ildə anadan olmuş Əlibaxış Gülrza oğlu Ağayev yaşadığı evin həyətində özünü öldürüb.

Digər hadisə Quba rayonunun Qalayxudat kəndində qeydə alınıb. 1989-cu il təvəllüdlü
Ədalət Gülməddin oğlu Sultanov yaşadığı evin həyətində intihar edib.

Qəbələ şəhəri Z.Əliyeva küçəsində yaşayan 1988-ci ildə təvəllüdlü Anar Vahiz oğlu Zamanov da mayın 2-də özünə qəsd edib.

İntihar faktları ilə bağlı rayon prokurorluqlarında araşdırma aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar