Ru
10:27 / 05 Noyabr 2025

“Bitcoin” psixoloji həddin altına düşdü – son rekorddan 21% geriləmə

“Bitcoin” psixoloji həddin altına düşdü – son rekorddan 21% geriləmə
Eye

“Bitcoin” iyun ayından bəri ilk dəfə 100 min dolların altına enib. Kriptovalyuta oktyabrın 6-da qırdığı 126 min 200 dollarlıq rekord səviyyədən bəri təxminən 21% dəyər itirib.

Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, dünən gecə “Bitcoin” gün ərzində 6,5%-ə qədər azalma ilə 99 min 963 dollara qədər geriləyib. Bu, son dörd ayda ilk dəfə 100 min dollar həddinin altına enməsi deməkdir.

Qiymətdəki bu kəskin azalma oktyabrın ortalarında yaşanan böyük likvidasiya dalğasından sonra baş verib. Həmin dalğa investorların ehtiyatlı davranmasına, “Bitcoin” üzrə fyuçers müqavilələrinə marağın isə əvvəlki səviyyələrin xeyli altında qalmasına səbəb olub.

Analitiklər bildirirlər ki, “Bitcoin”dəki eniş qlobal bazarlardakı qoruma mövqelərinin artması, həmçinin birja investisiya fondlarından çıxışlar və potensial satış təzyiqi kimi faktorlarla müşayiət olunur. Bu mənzərə həm də yüksəlişdə olan texnoloji səhmlərdəki korreksiyanı əks etdirir.

Mütəxəssislərin fikrincə, investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti ilə bağlı ehtiyatlı mövqe tutur. Xüsusilə Asiya bazarlarında yüksək qiymətləndirmə və mümkün korreksiya ilə bağlı xəbərdarlıqların artdığı müşahidə olunur.

Bazar dəyərinə görə ikinci ən böyük kriptovalyuta olan “Ethereum” da təxminən 10,6% ucuzlaşaraq 3 min 210 dollar səviyyəsinə düşüb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar