Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:24 / 28 Noyabr 2024

Borrelin vəzifəsini artıq o icra edəcək

1766
Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel sabah - cümə günü bu vəzifə ilə vidalaşaraq, işləri estoniyalı Kaja Kallasa təhvil verəcək.


Bakupost.az xəbər verir ki, bu barədə Borrel Brüsseldəki brifinqdə bildirib.

“Bu, Brüsseldə praktiki olaraq son tədbirim olacaq, sabah mən öz missiyamı başa vuracağam”, - Borrel deyib.

Bir gün əvvəl Avropa Parlamenti Ursula fon der Leyen və Kaja Kallasın rəhbərlik etdiyi Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib.


Rusiyanın Aİ-dəki Daimi Nümayəndəliyi hesab edir ki, Kallas sələfi Jozep Borrelin Rusiyaya qarşı “səlib yürüşünü” davam etdirəcək. Diplomatik missiya həmçinin RİA Novosti-yə bildirib ki, Avropa diplomatiyasının gələcək rəhbəri ölkələri “yaxşı” və “pis”ə bölməkdə davam edəcək və bu, Brüsselin beynəlxalq problemlərin həllinə yanaşmalarını daha da radikallaşdıra bilər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar