Ru
17:00 / 25 İyun 2024

Bu dondurmalarda da bakteriya aşkarlandı - FOTO

Bu dondurmalarda da bakteriya aşkarlandı - FOTO
Eye

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bakupost.az -a verilən məlumata görə, ümumilikdə, uyğunsuzluq aşkar edilmiş partiyaya aid olan 2101 ədəd dondurma məhsulunun ticarət şəbəkələrindən geri çağırılması təmin edilib və məhsullar qanunvericiliyə uyğun məhv ediləcək. Bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir.


Xatırladaq ki, 4 istehsalçıya məxsus 10 məhsul partiyasında insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya aşkarlanıb. Həmçinin Agentliyin apardığı növbəti monitorinq çərçivəsində götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, daha 2 dondurma məhsulunda təhlükəli hesab olunan “Enterobacteriaceae” bakteriyası aşkarlanıb.

Aşkar olunmuş uyğunsuzluqla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib və icra üçün sahibkarlara təqdim edilib. Eyni zamanda uyğunsuzluq aşkar edilmiş dondurma məhsullarının satışdan kənarlaşdırılması və istehsalçı müəssisələrə geri qaytarılması ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə xəbərdarlıq edilib.

Bu dondurmalarda da bakteriya aşkarlandı - FOTO
Bu dondurmalarda da bakteriya aşkarlandı - FOTO
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar