Ru
16:14 / 17 Dekabr 2024

Bu ölkədə ən sevilən şəhər Bakıdır - "GOOGLE" HESABATI

Bu ölkədə ən sevilən şəhər Bakıdır - "GOOGLE" HESABATI
3601

Hindistandan "Google" platformasında ən populyar turizm şəhərlərindən birincisi Bakıdır.

Bakupost.az xəbər verir ki, bu barədə texnologiya nəhəngi "Google"un Hindistan üzrə "İlin axtarış trendləri" hesabatından aydın olub.

Bildirilib ki, müasirlik və ənənələrin unikal birləşməsi getdikcə daha çox hindlini ölkəmizə cəlb edir.

Azərbaycandan əlavə, "Google"un ən populyar turizm istiqamətləri siyahısına, həmçinin İndoneziyada Bali adası, Malayziyada Kuala-Lumpur şəhəri, eləcə də Qazaxıstan, Gürcüstan və Hindistanın müxtəlif şəhərləri daxildir.

Qeyd edək ki, son illər ərzində Azərbaycana səfər edən hindistanlı turistlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar