"2019-cu ildə yay məktəbinə gedəndə hər kəs mənə "Çində nə var?!" deyirdi".
Bakupost.az xəbər verir ki, bunu Baku TV-nin "Yeni bir səhər" verilişində Prezident İlham Əliyevin Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi zamanı jurnalistin dövlət başçısına "Əslində, mən Çinə "Kəmər və yol" vasitəsilə yay düşərgəsinə gələn və burada qalan gənc insan tanıyıram. O, fəlsəfə doktoru dərəcəsinə yiyələnmək üçün təhsil alır, özü üçün yeni gələcək qurur" deyərək haqqında bəhs etdiyi gənc - Tağı Məmmədov deyib.
Tağı Məmmədov deyib ki, o zamanlar Pekində cəmi 20 azərbaycanlı tələbə var idi:
"İndi isə sevindirici haldır ki, sayımız 60 nəfəri keçib. Çinlilər bizim haqqımızda kifayət qədər məlumata sahib deyillər".
Ətraflı videoda:
Aygün, Bakupost.az