Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Gəncə sakini, 2004-cü il təvəllüdlü İ. Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, əməliyyat zamanı olunan müdaxilələrə baxmayaraq gəncin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Onun hansı şəraitə bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.