ABŞ Prezidenti Donald Trampın əmri ilə yüzlərlə dəniz piyadası Los Ancelesə çatıb. Ştata əlavə hərbi qüvvələrin də gəlməsi gözlənilir.
Bakupost.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Prezident eyni zamanda 4000 Milli Qvardiya əsgərini etirazları yatırmaq üçün səfərbər edib. Bu qərar Kaliforniya qubernatoru Gavin Nyusom və digər yerli rəhbərlər tərəfindən etirazla qarşılanıb.
ABŞ rəsmisinin Reuters-ə verdiyi məlumata görə, Trampın Los Ancelesə göndərməyi əmr etdiyi təxminən 700 dəniz piyadasının yarısı şəhərə çatıb.
ABŞ ordusu bu barədə şərh verməkdən imtina edib.
Los Ancelesin meri Karen Bass KABC-yə bildirib ki, bazar ertəsi günü 100-dən çox insan həbs olunub, lakin nümayişçilərin əksəriyyəti zorakılığa yol verməyib.
Aysel,
BakuPost