“Neft Fondu ilə yanaşı əlavə iqtisadi artım mənbələri də tapmalıyıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Bundan başqa, monopoliya və ondan qaynaqlanan haqsız rəqabət yerli istehsala əngəl yaradır. Monopolistlər öz imkanlarından istifadə edib rəqiblərini sıradan çıxarırlar. Monopolistlər hansı yerdə gəlir görürlərsə, ora əl qoyurlar və çox insan buna görə evinə çörək apara bilmir. Həmçinin korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir, ədalətli məhkəmə sisteminin formalaşdırılması vacibdir”, - deyə Ə.Məsimli bildirib.
Sade monopolistler yoxdur, monopolist oliqarxlar var. Mehkeme- huquq sistemini edaletlendirmek ve xalqla ishlemek vaxtidir, korrupsiyani yox etmek ucunse Sinqapur modeline kecmek lazimdir!