Ru
19:24 / 21 İyun 2025

Dilqəmin oğlu atasından imtina edib, sığınacaq istədi: Həyatım təhlükədədir!

Dilqəmin oğlu atasından imtina edib, sığınacaq istədi:  Həyatım təhlükədədir!
Eye

Uzun illər Ermənistanda əsirlikdə olmuş Dilqəm Əsgərovla oğlu Kürdoğlu Əsgərov arasında münaqişə yaranıb.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-a danışan Kürdoğlu Əsgərovun sözlərinə görə, bir neçə gün öncə atası Şəmkirdə yerləşən bazarlardan birinə əlində balta ilə gələrək onu axtarıb. Daha sonra isə o, oğlunun yaşadığı evə gəlib və onu hədələyib.

"Atam əsirlikdən qayıdan gündən mənə sanki düşmən kəsilib. Şəmkir bazarında fəhləliklə məşğulam. Bir neçə gün öncə bazarda məni axtarırmış. Sonra yaşadığım evə gəldi, məni öldürməklə hədələdi. Mən cavab qaytarmadım, dedim əsəbidi, keçər. Bir neçə dəqiqə sonra kiçik qardaşımla birlikdə gəlib mənim suyumu kəsdi. Hərəkətləri qonşumun evində olan müşahidə kamerasına düşüb", - oğul Əsgərov bildirib.

Şəmkir rayon Polis Şöbəsinə müvafiq məlumat verdiyini deyən K.Əsgərovun sözlərinə görə, atası ona böhtan da atır:

"Yeddi il atamdan ötrü əziyyət çəkmişəm. Atam əsirlikdə olanda altı pay torpağından ikisini anam mənə verdi ki, evin böyük oğlusan, özünə ev tik. Mən də min bir əziyyətlə bu evi tikdim. Atamın azadlığı üçün bütün beynalxalq tədbirlərdə onun haqq səsini çatdırmağa çalışmışam. İndi atam məni şantaj edir ki, nazirlər sənə 200 min manat pul göndərib, sən də onları yemisən. Mən mətbuat vaistəsi ilə müraciət edirəm ki, hansı nazir və ya vəzifəli şəxs mənə pul verib, bilim" .

Atasının əsirlikdən qayıdandan bəri ancaq pul, var-dövlət fikirləşdiyini deyən Kürdoğlu Moderator.az-a isə bildirib ki, Dilqəm Əhmədov onun bütün işlərinə mane olur:

"Söz-söhbətdən daha bezmişəm. Bir yer verib mənə, orada ev tikmişəm. Gündə gedib-gəlir ki, traktorla uçurdacam. Quyudan su çəkmişəm, gəlib suyumu kəsib. 10 gündür içməli su tapmırıq. Bütün işlərimə mane olur. Mənim o adda nə atam var, nə də valideynim. Ailəmin, uşaqlarımın həyatı təhlükədədir. Şəmkir Rayon Polis idarəsinə müraciət edib, videogörüntüləri təqdim etmişəm. Polis də deyir ki, ver məhkəməyə. Mənim pulum hardandır? Onun mənə bir çöpü də lazım deyil. Atamla qardaşımın gözünü dünya malı doyuzdurmur. Bir evim var, onu da verib onlara çıxıram. Dövlətdən sığınacaq istəyirəm ki, 3 körpə övladımı bir yerə çıxarım. Belə yaşayış olmur. Bu insandan ötrü mən 7 il əziyyət çəkdim. Avropa Şurasına qədər gedib çıxdım, Fransaya, ATƏT-in MİNSK qrupuna müraciət etdim, Türkiyədə, Gürcüstanda tədbirlərdə iştirak etdim. Bu insan ancaq pul fikirləşir. Mən Dilqəm Əsgərovun yaşadığı kənddən çıxmaq istəyirəm. Məni ölümlə hədələyirlər. Özüm cəhənnəmə, uşaqlarım üçün qorxuram. Aidiyyəti qurumları mənə kömək etməyə, sığınacaq verməyə səsləyirəm”, - deyə o bildirib.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülsə də, 2020-ci ildə onların Bakıya gətirilməsi təmin edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar