Ru
11:46 / 02 İyul 2022

Diqqət! - Evlərini sığortalamayanlar cərimələnəcəklər - VİDEO

2607

Azərbaycanda daşınmaz əmlakın sığortası icbari xarakter daşısa da, bir çox vətəndaşlar öz fərdi ev və mənzillərini, o cümlədən obyektlərini hələ də sığortalamayıb.



Buna görə də ölkəmizdə bu növ sığortanın regionlar üzrə miqdarını və faiz nisbətini müəyyənləşdirmək çətindir. Bütün bu problemləri həll etmək üçünsə, Azərbaycan Sığortaçılar Assosasiyası tərəfindən daşınmaz əmlakın sığorta xəritəsi hazırlanır.


Azərbaycan Sığortaçılar Assosasiyasının İcraçı direktoru Elmar Mirsalayev bildirib ki, sözügedən layihənin həyata keçirilməsindən sonra konkret regionlar üzrə hansı vətəndaşların daşınmaz əmlaklarını sığortalayıb-sığortalatmadığı dəqiq müəyyənləşəcək. İcbari sığortadan yayınanlar müvafiq qaydada cərimələnəcək.


Daha ətraflı Baku TV-nin süjetində:





Şərhlər
  • t.ədalət

    Hakimiyyət əlini əhalinin cibinə soxduqca,ölkədə iqtisadi vəziyyətin pis olduğu hiss olunur.Bu sığortaçılar,guya,avtomobil qəzalarında özlərini doğruldublar ki,indi də camaatın mənzilinə qarmaq atırlar?Belə xalqın qayğısına qalırlarsa,getsinlər şəhərdə mənzilin kvadrat-metrini 20 dəfə artığına hesablayanları,tikintidə işlədilən armatur sayının azaldılmasına çalışanları tapıb cəzalandırsınlar.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər