Yemək və süfrələrdə istifadə edilən duz dəri üçün də çox faydalıdır.
Dərinizdə tez-tez qabıqlanma varsa, duzlu su buna çarə ola bilər.
Hər sahədə istifadə edilən duzlu su həm də dərinin itirdiyi bir çox şeyi bərpa etməyə kömək edir.
Duzlu su soyuqdəyməyə də yaxşı təsir edir. Soyuqdəymə və qrip zamanı ağciyərlərdə, sinuslarda selik əmələ gəlməsinə kömək edir.
Duzlu suyun yuxusuzluğa da yaxşı təsir etdiyi bilinir.
Saç zədələnməsinin də qarşısını alır. Saçın dibindəki hüceyrələri gücləndirərək saç tökülməsinə əngəl olur. Digər tərəfdən kəpək problemini də aradan qaldırır.
Üzünüzü duzlu su ilə yumağın faydaları:
-Dərinizi parlaq edir və hamarlaşdırır;
-Sızanaqları qurudur və iltihabı aradan qaldırır;
-Məsamələri azaldır;
-Dərini yumşaldır və qan dövranını sürətləndirir;
-Dərini qara və ağ ləkələrdən təmizləyir;
-Yağlı dərini qurudur və mikroblardan təmizləyir.
Duzlu su çat və selülit probleminə də yaxşı təsir göstərir. Dərinin səthindəki ölü hüceyrələri yeniləyir və dəridəki bu problemləri tamamilə həll edir.
Tüklərin köklərini zəiflətdiyi üçün zamanla onları da məhv edir.
Duzlu su ilə masaj və skrab etmək sinir hüceyrələrini artırır, günün yorğunluğunu və stressini atmağa imkan verir.
1 stəkan təbii içməli suya 2 çay qaşığı təbii duzu atıb qarışdırın. Hər gün üzünüzü bu su ilə yuyun. Ancaq dəriniz həssasdırsa, hər gün istifadə etmək zərərli ola bilər. Buna diqqət etməlisiniz.
Aynur
BakuPost