Ru
15:48 / 16 Aprel 2026

Emin lüks villasını nümayiş etdirdi - Kostyumda hovuza tullandı - VİDEO

Emin lüks villasını nümayiş etdirdi - Kostyumda hovuza tullandı  - VİDEO
Eye

Xalq artisti Emin Ağalarov lüks villasından paylaşım edib.

Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı evindən olan görüntüləri sosial media hesabında yayımlayıb. O, videoçəkiliş zamanı mənzilinin içində yerləşən hovuza kostyumda tullanıb.

Mülkün divarlardan biri müğənninin 20 il ərzində çıxardığı albomlarla bəzədilib. O, babasından ona yadigar qalan albomları da qoruyub saxladığını bildirib. Onlardan biri 1986-cı ildə dünyaşöhrətli bəstəkar-müğənni Müslüm Maqomayev tərəfindən Eminin babası İosiflə və nənəsi Tamara üçün xüsusi imzalanıb.

Emin həmçinin kolleksiyasına daxil olan gitaraları da nümayiş etdirib.

İfaçı daha sonra övladlarının otağını göstərib. O, oğulları Əli və Mikayılın, qızları Əminə və Afinanın oyun otaqlarını nümayiş etdirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar