Ru
13:37 / 03 Noyabr 2025

Əsgərlərin maaşı karta köçəcək

Əsgərlərin maaşı karta köçəcək
Eye

Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, bunun üçün "əsgər kartları" hazırlanıb.


Qeyd olunur ki, artıq "əsgər kartları"nın hərbi qulluqçulara paylanmasına başlanılıb.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, "əsgər kartları" şəffaflığın təmini üçün tətbiq edilir:

"Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları "əsgər kartı" vasitəsilə veriləcək. Bu da şəffaflığı qorumaq baxımından çox böyük əhəmiyyət daşıyır. Bu kartlar rüşvət hallarının müəyyən mənada qarşısını alacaq".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar