Ru
17:40 / 10 İyun 2024

FHN əməkdaşının iş yoldaşını güllələməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - Yenilənib

8898
Gəncədə minik maşını aşıb.

"Unikal"ın məlumatına görə, hadisə Avtovağzal adlanan ərazidə qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı bir nəfərin öldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım birqadaları cəlb olunub.

Məlumata görə, "VAZ-2106" markalı minik maşınında Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı mübahisə edib. Mübahisədən sonra bir digərini odlu silahla vurub. 1991-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.


Nəticədə minik maşını yoldan çıxaraq ağaclığa düşüb.


***
17:40

Odlu silahla iş yoldaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 10-da, saat 15 radələrində bir nəfər şəxsin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Zahid Sarıyev şübhəli şəxs qismində tutulub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər