Ru
09:57 / 30 Sentyabr 2024

“Hizbullah”ın yeni lideri o oldu

“Hizbullah”ın yeni lideri o oldu
Eye

“Hizbullah” hərəkatına yeni lider təyin edilib.

“Qafqazinfo” “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, hərəkatın yeni Baş katibi postuna Haşem Safi ad-Din seçilib.

O, sentyabrın 27-də Beyruta aviazərbələr nəticəsində ölən “Hizbullah” lideri Həsən Nəsrullahın yaxın qohumudur.

Haşem Safi ad-Din bu təyinatdan əvvəl hərəkatın İcra Şurasının rəhbəri olub.

Xatırladaq ki, “Hizbullah” hərəkatının Mətbuat xidməti Həsən Nəsrullahın İsrail ordusunun endirdiyi aviazərbələr nəticəsində həlak olduğunu təsdiq edib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar