Ru
11:26 / 30 Oktyabr 2026

Hökumət Türkiyə səfirliyinin tədbirinə niyə Rəşad Nəbiyevi göndərdi?

Hökumət Türkiyə səfirliyinin tədbirinə niyə Rəşad Nəbiyevi göndərdi?
Eye

Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə Azərbaycan dövlətini rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təmsil edib.


“Bakupost” "Qafqazinfo"ya istinadla xəbər verir ki, bundan əvvəlki illərdə keçirilən tədbirlərdə Azərbaycan dövlətini Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Eləcə də 28 May - Müstəqillik Günü ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi tədbirlərdə dövlət adından bir qayda olaraq Böyük Millət Məclisinin spikeri və ya Türkiyə Prezidentinin yardımçıları olublar. Məsələn, 2023-cü ildə vitse-prezident Fuad Oqtay, 2024-cü ildə Türkiyə BMM-in sədri Numan Kurtulmuş, 2025-ci ildə isə vitse-prezident Cevdət Yılmaz iştirak ediblər.

Lakin bu il səfirliyimizin Ankarada təşkil etdiyi tədbirdə bu ənənə pozulub və tədbirə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu gəlib.

Görünən odur ki, dünən Türkiyə səfirliyinin tədbirində Rəşad Nəbiyevin iştirakı diplomatiyada qəbul olunmuş qarşılıqlıq prinsipinin təzahürüdür.

Onu da bildirək ki, hər il Azərbaycanın Türkiyədəki səfirliyi Müstəqillik Günü ilə bağlı Türkiyə XİN-ə müraciət edərək mühüm obyektlərdə Azərbaycan bayrağının işıqlandırılmasını xahiş edirdi. 2026-cı ildə səfirliyimizin müraciətini Türkiyə XİN məqsədəmüvafiq hesab etməyib.

Ehtimal etmək olar ki, Türkiyə tərəfindən belə qərarların qəbul olunmasında hakimiyyətdə təmsil olunmuş fələstinpərəstlər və anti-Azərbaycançıların böyük rolu var. Buna görə də Türkiyənin milli bayramında Fələstin lideri Mahmud Abbasın Kiprə səfərini həmin fələstinpərəstlərə yaxşı cavab da hesab etmək olar.

Bununla yanaşı, 29 oktyabr böyük Atatürkün adı ilə bağlı olduğuna görə Milli Məclisin bitərəf və müxalifətdən olan 53 deputatı onun Türkiyə səfirliyi tərəfindən unudulmuş abidəsini ziyatət ediblər və hörmət əlaməti olaraq heykəlin önünə gül dəstələri qoyublar.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar