Ötən gün Neftçala Rayon İcra Hakimiyyətində kuryoz olay baş verib.
Bakupost.az -a daxil olan məlumata görə, icra başçısı Mirhəsən Seyidovun göstərişi ilə qurumun işçiləri
gecə saat 11-12-yə qədər işdə saxlanılıblar.
İş saatından əlavə 5-6 saat işdə qalması səbəbindən Neftçala İH-in baş məsləhətçisi Gövhər Nağıyevanın halı pisləşib, huşunu itirib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb.
Bəs, icra başçısı işçilərin gecə saatlarına qədər işdə qalmasına niyə göstəriş verib?
Məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətinin sənədlərlə iş və vətəndaşların müraciətləri şöbəsindən Amid Şahbazov Bakupost.az -a bildirib ki, deyilənlər həqiqəti əks etdirmir:
“Bununla bağlı məlumatım yoxdur. Ola bilər ki, işlərin çoxluğundan kimsə işdən sonra qalıb işləsin. Mən şəxsən işlərim çox olanda qalıb işləyirəm. Amma dünən burada belə bir hadisənin baş verməsi ilə bağlı heç bir məlumatım yoxdur”.
Gövhər Nağıyevanın özü isə hadisəni təkzib etməyib. O,
Bakupost.az -ın əməkdaşının sualını dinlədikdən sonra “mən sizi tanımıram, heç nə danışa bilmərəm” deyib, telefonu söndürüb.
İcra başçısı Mirhəsən Seyidov zənglərə cavab verməyib.
Azər
BakuPost
15:59
***
***
Neftçala Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı Bakupost.az -a məktub daxil olub.
Məktubda bildirilir:
"Saytda göstərilən faktlar həqiqəti əks etdirmir. Rayonda ictimai-siyasi durum stabildir, heç bir vəzifəli şəxsə qarşı RİH tərəfindən təzyiq və hörmətsizlik göstərilmir. Saat 23:15 radələrində RİH-nə təcili yardım maşını gəlməsi faktı ilə bağlı bildiririk ki, qeyd olunan saat barəsində düzgün məlumat göstərilməyib.
Aparatın əməkdaşı Gövhər Məmmədova Gender Məsələləri üzrə Komissiyada təmsil olunduğu üçün həmin gün komissiyanın tədbirində iştirak edib, növbəti tədbirə hazırlıqlarla əlaqədar işdə olub. Həmin vaxt G.Məmmədovanın səhhətində yaranmış problemlə bağlı təcili yardım maşını çağırılıb, ona zəruri tibbi yardım göstərilib və onun müayinələrdən keçməsi müəyyən edilib.
Əvvəllər səhhətində mövcud olan narahatlıqların aradan qaldırılması məqsədilə geniş müayinə və müalicə alması üçün ona Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərişin verilməsi barədə rəhbərliyin müvafiq tapşırığı olub. Məsələ barəsində qarşı tərəfin mövqeyinin əks etdirilməməsi təəssüf doğurur".
Bu hadisə həqiqətdirsə buna əxlaqsızlıqdan bașqa heçnə dəmək olmaz, Dövlət sektorunda belə qanunsuzluq baș verirsə, özəl sektorda ișçilərin hüququnu kim qoruyacaq? Harınlamıș məmurlar özbașına cəmiyyətlərdə yayqın olur
Bu icra bashcisi seyiddi yeqin nezir qutularinin goyulma yerleri muzakire olurmush
Hamı işini itirməkdən qorxduğu səbəbindən yalan danışmağa üstünlük verirlər...
Soxdular millətin papağını yerə,işçilər iş saatından çox işdə qalıblar,böyük dərddir,bu dərdə dözmək olarmı?
Nə qədər Prezident tədbir görsə də,pulunu verib vəzifə alan YAP-çı məmurlar öz hoqqalarından qalmırlar.Qadın anadır,ailəsi var,onu işdə gecə yarıya kimi saxlamaq əxlaqsızlıqdır.şDaha bu İH başçısı ilə Vaso Talobidə nə fərq var?Hərəsi bir cürə antipodluq edir.