Ru
14:11 / 23 May 2025

İndicə razılıq əldə olundu... - Trampdan Ukrayna AÇIQLAMASI

İndicə razılıq əldə olundu... - Trampdan Ukrayna AÇIQLAMASI
Eye

Rusiya və Ukrayna yaxında genişmiqyaslı əsir mübadiləsi aparacaq.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.

“Rusiya ilə Ukrayna arasında genişmiqyaslı əsir mübadiləsinə dair razılıq indicə əldə olunub. Mübadilə tezliklə baş tutacaq. Danışıqlar münasibətilə hər iki tərəfi təbrik edirəm”, - Tramp bildirib.

Ukrayna Teleqram kanalları isə yazıb ki, Ukrayna və Rusiya arasında 1000-nin 1000-ə əsir mübadiləsi bu gün başlaya bilər.

Məlumata görə, Türkiyə əsir mübadiləsində vasitəçi kimi çıxış edəcək.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar