Ru
16:02 / 15 Avqust 2024

İnsanlar şərikli internet haqqında düşünür - Osman Gündüz

2195
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz son günlər insanları narahat edən internet qiymətləriylə bağlı paylaşıb edib.

Bakupost.az xəbər verir ki, o, internet qiymətləri ilə bağlı vəziyyətə görə cəmiyytdə narahatlıq olduğunu bildirib.

"Yüksək minimal tariflər qüvvədədirmi?" deyə sual edən O.Gündüz aşağıdakıları bildirib:

O, bununla bağlı səbəbləri sadalayıb:


1. Görünən odur ki, dövlət provayderləri, regionlarda üstünlük təşkil edən Aztelekom qiymət artımında israrlıdır. Belə olan halda özəl provayderlərdən hər hansı yumşalma gözləntisi doğru olmazdı
2. Antiinhisar Dövlət Xidməti baş verənləri "Kartel sövdələşməsi", "seçim imkanlarının məhdudlaşdırılması" kimi dəyərləndirib, araşdırma gedir. Qurum açıqlayıb ki provayderlərin bu tip qərarlarının hüquqi qüvvəsi yoxdur. Güman ki, Antiinhisar bununla bağlı yenidən rəsmi açıqlama verəcək. Sektorun tənzimləyici qurumu İKTA hələlik baş verənlərə münasibət sərgiləməyib
3. AİF hökumətə təklif edib ki, regionlarda əvvəlki tarif 18 manat (40 Mbit/s) saxlanılsın, yaxud da 100 Mbit/s sürət üçün də regionlarda bəlli bir dövr üçün 18 manat təklif edilsin
4. Regionlardan daxil olan məlumatlar isə onu göstərir ki, istifadəçilərin bəziləri xidmətdən imtina, yaxud da "Şərikli internet" üzərində düşünür. "Şərikli internet" yaxın qonşuların ortaq internet bağlantısından (kabel və ya WiFi texnologiya ilə) istifadəni nəzərdə tutur. İndi məlum olur ki, nəinki kəndlərdə, elə şəhərdə də bu metoddan istifadə edənlər varmış. Burada qanunvericiliyə zidd nəsə olmasa da informasiya təhlükəsizliyi ilə bağlı risklər ola bilər”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar