Ru
11:54 / 14 Mart 2023

İran polisinin öldürdüyü təbrizli qızın meyiti göldən tapıldı

 İran polisinin öldürdüyü təbrizli qızın meyiti göldən tapıldı
Eye

Təbrizdə hökumət qüvvələri tərəfindən qətlə yetirilən 19 yaşlı gənc qızın meyiti uzun axtarışlardan sonra göldən tapılıb.

Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadla xəbər verir ki, Təbrizin Yelankuh bölgəsində yaşayan Zəhra Mikayılı ötən il sentyabrın 21-də Şahnaz küçəsində həbs edilib. Bir müddət onun haqqında heç bir məlumat olmayıb.

Ailəsi qızı tapmadığı üçün 1 milyard tümən xərclədikdən sonra, nəhayət, Bəndər Abbas şəhərində onun izinə düşə biliblər. Axtarışlardan sonra Zəhranın cəsədi göldə aşkar edilib.

Yerli balıqçılardan biri deyib ki, hər üsyandan sonra bu göldə bir neçə cəsəd tapılır.

Zaur,
BakuPost

Şərhlər
  • t.ədalət

    Rusiya Suriyada türkmənləri qətlə yetirdiyi kimi,indi də İranın əli ilə Azərbaycan türklərinin soyqırımı davam edir.Bizi Qarabağ ərazisində,cənubluları da İran ərazisində öldürən Rusiyadır.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar