Ru
00:43 / 16 Noyabr 2023

İran prezidentindən HƏMAS-a gözlənilməz çağırış

İran prezidentindən HƏMAS-a gözlənilməz çağırış
Eye

İran prezidenti İbrahim Rəisi noyabrın əvvəlində HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşdə hərəkat nümayəndələrindən Tehrana və Livanın Hizbullah partiyasına ünvanlanan İsraillə münaqişəyə girmək üçün ictimai çağırışları dayandırmağı tələb edib.

Bakupost.az məlumatına görə, bu barədə "Reuters" Fələstin hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Tehran İsmayıl Haniyədən İran və Hizbullahı İsrailə qarşı tam güclə çıxmağa çağıran HƏMAS üzvlərini susdurmasını tələb edib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulması, 200-dən çox, o cümlədən uşaq, qadın və qocanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Şərhlər
  • B.Qarabağlı

    İrandan çoxillik İsrail işğlına qarşı mübarizədən-toqquşmadan *geri-çəkil* çağırışı yeganə doğru qərardır! Avtomobillərdəki xəbərdarlıq kimi: *Ne uveren, ne obqonyaysya!* Daha gerçəyi-ABŞ başda olmaqla dünyanın ən güclü azı altı dövlətinin hüzurunda hərbi-müntəzirdə duran İzraEl hərbiyyəsinə qarşı nəinki, tam düşüncəsiz, hər hansı bir əks tədbir məsləhət və təxribat qarşısı alınmaz əks məhv edici həmlələr-yeni hesabı dəqiq işğallar üçün nəzərdə tutulub!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar