Ru
20:53 / 02 Oktyabr 2024

İranla müharibəyə hazırlaşırıq - İsrailin Baş Qərargah rəisi

İranla müharibəyə hazırlaşırıq - İsrailin Baş Qərargah rəisi
Eye

“Bizim Yaxın Şərqin istənilən yerinə çatmaq və onu vurmaq imkanımız var. Bunu hələ anlamayan düşmənlərimiz də tezliklə başa düşəcəklər”.

Bakupost.az Axios-a istinadən xəbər verir ki, bunu Tel Nof aviabazasında İsrailin Baş Qərargah rəisi Herzi Halevi bildirib.

İsrail mediasının məlumatına görə, dünən İranın raket hücumuna sərt cavab veriləcəyi vəd edilib.

Axios yüksək rütbəli bir İsrail rəsmisinə istinadən yazır: "İsrail müstəqil şəkildə cavab vermək niyyətindədir, lakin strateji nəticələrinə görə öz planlarını ABŞ ilə əlaqələndirmək istəyir. İsrailin cavabında sonra İranın növbəti hücumu ABŞ Mərkəzi Komandanlığı ilə müdafiə sahəsində əməkdaşlıq, eyni zamanda İsrail Hərbi Hava Qüvvələri üçün daha çox sursat və ABŞ-dan başqa növ əməliyyat dəstəyi tələb edəcək."

Zaur, BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar