Mətbəxdəki nəhəng soyuducuların və ya hər gün işləyən paltaryuyan maşınların evin ən çox enerji xərcləyən avadanlıqları olduğu düşüncəsi aparılan son araşdırmalarla alt-üst olub. Məlum olub ki, evdə ağ texnikaların hamısından daha çox elektrik sərf edən və ödəniş məbləğini ikiqat artıran gizli qurğu var. Ayın sonunda gələn yüksək rəqəmlərin əsl səbəbkarını öyrəndikdə, yəqin ki, ilk işiniz həmin cihazın şəbəkə ilə əlaqəsini kəsmək olacaq.
Bakupost.az Demokrat.az-a istinadən xəbər verire ki, enerji canavarı hesab etdiyimiz böyük məişət texnikaları əslində siyahıda ilk sırada deyil. Araşdırma nəticələrinə görə, xüsusilə soyuq aylarda müraciət edilən elektrikli qızdırıcılar və köhnə nəsil istilik nasosları soyuducu və ya soba ilə müqayisədə qat-qat çox güc tələb edir. Bu cihazlar iş prinsipi etibarilə yüksək temperatura çatmaq üçün qısa müddətdə nəhəng həcmdə cərəyan çəkir. Beləliklə, qızdırıcının bir neçə saatlıq işi digər bütün məişət avadanlıqlarının bir günlük sərfiyyatını üstələyir.
Siyahıda təkcə qızdırıcılar deyil, həm də gözləmə rejimində qalan texnoloji məhsullar yer alır. Televizorlar, oyun konsolları və kompüterlər aktiv istifadə edilməsə belə, şəbəkəyə qoşulu qaldıqda enerji sızmasına səbəb olur. Bu kiçik sızıntılar bir araya gəldikdə aylıq büdcəyə ciddi zərbə vurur. Sahə üzrə bilicilər çıxış yolunu sadə, lakin təsirli üsulda görürlər. İstifadə edilməyən hər bir cihazın şnurunu cərəyan mənbəyindən çıxarmaq lazımdır. Xüsusilə yüksək enerji sərf edən qızdırıcıların və gözləmə rejimindəki elektronikanın elektriklə əlaqəsi kəsildikdə, aylıq xərclərdə kəskin azalma müşahidə olunur.
Yalandi
Onları boş verin esas meseleye keçek,90 fayız insanlar şikeyet edir elə biri mən,niye göre karta işq pulu vurub sayğaca yükleyende misal çün 10 azn dan 8 azn yüklenir 2 azni yox olur ?
Bunların Dalına Ağacda Soxsan Xeyri Yoxdur Çox Arsizlasiblar. Yazdığınız Hansını Pullular Edir Kefiniz Istədiyiniz Qədər Işlədin Pulunuda Kasiblardan Tutun .Karta 10 manat vurursan 9 manat Yüklənir
Məni daha ciddi texniki dəqiqlik müqayisəsi maraqlandırır? Bu elektron və mexaniki quruluşlu qaz sayğaclarının fərqidir? Enerji təchizatı və satışı idarəsi, dövlət-institut standartlarına nəzarət laboratoriyalarının hər birindən elə mətbuatda izahlarını rica edirəm. Elektron prinsiplini mən müasir texniki və mütərəqqi maliyyə ödənişli hesab edirdim? Dəqiqlikdə, qiymətlərində hansı fərqləri və əlavə xərcləri var? Milyonlarla istifadəçi-abonent kimi, məni də, artıq milyardlarla borca çalışan su təchizatı və ehtiyatıdır? Hökumət, yəni tam texniki səlahiyyətli Nazirlər Kabineti nəhayət ki, OPTOM yox, normal (qara çöküntü və üzərindəki *plyonka*sız) saf içməli suyun heç olmazsa 12mmlik paslanmaz polad borularla təchizatını neçə ilə təmin edə bilər? Xüsusilə, Oğuz-Qəbələ xəttinin operativ-sazlama bərpasından sonra *içməli* su böyrək və sonrakı orqnları sıradan çıxarırsa, zərif bitgilər üçün də zərərli ola bilər? Xəzə suyu da duzsuzlaşdırılacaqsa, deməli kiçik diametrli qısa müddətli verimlə süzülmüş içməli suya qənaətlə, suvarmaya və yemək qabları da daxil yuyulmaya yararlı su təchizatını artıra da bilərdik?