Ru
17:45 / 22 İyul 2024

Jurnalistlər üçün yeni layihələr nəzərdə tutulur - Əhməd İsmayılov

Jurnalistlər üçün yeni layihələr nəzərdə tutulur - Əhməd İsmayılov
Eye

Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində layihələrin gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulur.

Bakupost.az xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.


"Medianın İnkişafı Agentliyi olaraq Prezidentin media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərmanından sonra jurnalistlərin sosial təminatı sahəsində bir sıra tədbirlər həyata keçirilib. Bu əsnada imzalanan fərmanlarla onların sosial təminatı istiqamətində addımlar atılıb.

Onların sosial ipotekadan istifadə hüququ təmin olunub. Bununla yanaşı, Vergi Məcəlləsinə edilən dəyişikliklərlə media subyektləri bütün vergilərdən azad olunub. Bu istiqamətində layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub", - deyə o, əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar