Ru
10:05 / 21 Fevral 2024

XİN-dən Kamil Zeynallının saxlanılması ilə bağlı açıqlama - Yenilənib-VİDEO

XİN-dən Kamil Zeynallının saxlanılması ilə bağlı açıqlama -  Yenilənib-VİDEO
Eye

İdmançı Kamil Zeynallı Azərbaycana qayıdarkən Rusiyanın Domodedovo hava limanında saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib.


Kamil Zeynallı Ermənistan tərəfindən hələ ötən ilin mayından beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib.

Dövlət orqanlarına yardım üçün müraciət edən idmançı Rusiya tərəfindən Ermənistana təhvil veriləcəyini deyib.

Kamil Zeynallı bu gün hakim qarşısına çıxarılacaq.

***
10:05

Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.


Nazirlikdən bildirilib ki, Kamil Zeynallıya müvafiq konsulluq-hüquqi yardım göstərilir.

Əlavə məlumat olarsa bildiriləcək.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar