Ru
23:52 / 06 İyun 2024

Korrupsiyaya qarşı əməliyyat: Mais Ağayev saxlanıldı

Korrupsiyaya qarşı əməliyyat: Mais Ağayev saxlanıldı
Eye

Ötən ilin iyul ayının 25-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirib.

Əməliyyat zamanı kimlərin məsuliyyətə cəlb edilməsi məlum olmasa da, BNA haqqında yazılanlardan aydın idi ki, ortada olduqca ciddi qanun pozuntuları var. Lakin bu əməliyyat çərçivəsində xüsusən BNA-nın Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevin adı hallanırdı.

Bakupost.az Qlobalinfo-ya istinadla xəbər verir ki, M.Ağayev həmin əməliyyat zamanı saxlanılıb. Bundan iki ay sonra onun sərbəst buraxıldığı deyilir.

Sabiq mətbuat katibinin azadlığa buraxıldıqdan sonra ölkəni tərk etdiyi bildirilir. Daha sonra isə Mais Ağayevin Türkiyəyə getdiyi məlum olub.

Qeyd edək ki, sonuncu dəfə o, 7 fevral 2024-cü il tarixində prezident seçkisində iştirak edib və səs verən zaman görüntülənib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar