Ru
17:30 / 07 Yanvar 2022

KTMT Qazaxıstana nə qədər qüvvə göndərib?

KTMT Qazaxıstana nə qədər qüvvə göndərib?
Eye

Qazaxıstanda yanvarın 2-də sosial və siyasi tələblərlə başlayan kütləvi aksiyalar yanvarın 5-dən hökumət qüvvələri ilə toqquşmalara və iğtişaşlara gətirib. Çoxlu ölən və yaralanan var, minlərlə şəxs tutulub.

Prezident Qasım-Comərd Tokayev ölkədə sabitliyin bərpası üçün yanvarın 5-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istəyib. Yanvarın 6-dan başlayaraq KTMT-nin sülhməramlı hərbi kontingenti Qazaxıstana yeridilir.

Bakupost.az Novator.az-a istinadən bildirir ki, hərbi kontingentdə Rusiya 3000 nəfərlə təmsil olunur.

Belarus Qazaxıstana 500, Tacikistan 200, Qırğızıstan 150, Ermənistan 100 hərbçi göndərmək qərarı verib.


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsası 1992-ci ildə Rusiya, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçılarının imzaladığı müqavilə ilə qoyulub. Hərbi təcavüzə qarşı birgə müdafiəni də nəzərdə tutan, 5 il müddətinə imzalanmış sənədə 1993-cü ildə Belarus, Azərbaycan və Gürcüstan da qoşulub. 1994-cü ildə kollektiv təhlükəsizlik müqaviləsi qüvvəyə minib.

1999-cu ildə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müqavilənin hər 5 ildən bir avtomatik uzadılmasını nəzərdə tutan protokolu imzalayıblar. Azərbaycan, Gürcüstan, Özbəkistan bu addımı atmayıblar.

2006-2012-ci illərdə Özbəkistan yenidən KTMT-də təmsil olunub.

KTMT-nin ali orqanı Kollektiv Təhlükəsizlik Şurasıdır (üzv ölkələrin liderlərinin daxil olduğu orqan). Qurumun ali vəzifəli şəxsi baş katibdir. Hazırda bu vəzifəni belaruslu Stanislav Zas tutur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar