Ru
11:34 / 11 İyun 2024

Azərbaycanlı modelyerlərdən möhtəşəm kolleksiya - VİDEO

Azərbaycanlı modelyerlərdən möhtəşəm kolleksiya -  VİDEO
Eye

9 İyun - Məzun günü münasibətilə Azərbaycan Dövlət Akademik Flarmoniyasının Yay Zalında keçirilən moda nümayişində Aynur Hüseynova və Mədinə Səfərzadə "upcycle" və davamlı moda anlayışından ilhamlanaraq yaradılmış möhtəşəm kolleksiyanı "Meday" brendinin ilk kolleksiyası olaraq təqdim etdilər.

Bakupost.az xəbər verir ki, “Meday” brend olaraq Aynur Hüseynova və Mədinə Səfərzadə tərəfindən yaradılan "upcycle" mövzusunu ana konsept olaraq işlədən yerli Azərbaycan brendidir.

“Upcycling” təkrar emaldan fərqli olaraq, tullantı materiallarını və ya istifadə edilmiş məhsulları daha dəyərli və faydalı yeni məhsullara çevirmək prosesidir. Bu proses materialların mövcud formasını və dəyərini artıraraq, adətən yaradıcı və yenilikçi yollarla yenidən istifadə etməyi nəzərdə tutur.

Həmçinin “upcycling” davamlılıq və ətraf mühitin qorunması şüuruna əsaslanan fəlsəfi yanaşmanı təsdiqləyir.





Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar