Ru
00:16 / 13 İyun 2025

Millimizin üzvlərinə yeni transfer qiyməti qoyuldu

Millimizin üzvlərinə yeni transfer qiyməti qoyuldu
Eye

Polşanın "Radomyak" klubunun azərbaycanlı futbolçuları Renat Dadaşov və Rahil Məmmədova "transfermarkt"da yeni transfer qiyməti qoyulub.

Bakupost.az xəbər verir ki, hər iki futbolçunun transfer qiymətində eniş yaşanıb.

Belə ki, Dadaşovun dəyəri 1 milyon 200 min avrodan 900 minə (təxminən 1 milyon 750 min manat), Məmmədovun isə 300 min avrodan 250 min manata (təxminən 485 min manat) düşüb.

Qeyd edək ki, Renatın "Radomyak"la müqavilə müddəti bu ayın sonunda başa çatacaq. Rahil Məmmədov isə 2026-cı il iyunun 30-na qədər Polşa klubuna məxsusdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar