Ru
19:59 / 02 Oktyabr 2024

Millimizin üzvü əməliyyat olundu

1034
Qılıncoynatma üzrə Azərbaycan millisinin üzvü Anna Başta əməliyyat olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Hakimov məlumat verib.

28 yaşlı sablyaçı apreldə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda ayağından aldığı zədəyə görə Rusiyanın Sank-Peterburq şəhərində əməliyyat edilib.

Hazırda idmançının durumu yaxşıdır. Həkimlər onun 2025-ci ilin yanvar-fevral aylarında məşqlərə qatılacağını bildirib.

Qeyd edək ki, Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 finalında uduzaraq yarışı medalsız başa vurub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar