Müğənni Aysel Əlizadə yeni açıqlamaları ilə gündəmə gəlib.
Bakupost.az "Yenisabah.az"a istinadən xəbər verir ki, ifaçı “Öz aramızda” proqramında Xoşqədəm Hidayətqızı ilə arasındakı məhkəmə prosesindən danışıb.
Aysel Əlizadə bildirib ki, məhkəmədə qalib gəlsə də, qarşı tərəf bu günə qədər qərarı icra etməyib:
“Əgər peşəkarlıq olsaydı, qalib mən olmazdım. Araşdırılmamış bir işi ortaya çıxardılar. Sən bir qızın həyatı ilə oynamaqla nə qazandın? Fərq etmir, bu Aysel olsun, ya da başqa biri. İnsanların həyatı ilə oynamaq və cavabsız qalmaq mümkün deyil. Bunun çox böyük karması var. Mənim və anamın yaşadığı stresləri Allah bağışlamaz. Mənim bu dünyada halallıq verməyəcəyim tək insan odur. Onu Allaha həvalə etmişəm. Allahın ədalətinə inanıram. Yaşadığını yaşatmadıqca Allah insanı öldürmür. Mən də yalnız buna güvənirəm. Susmağımın səbəbi hər şeyi qanuna buraxmağım idi. Şükür ki, hər situasiyada biz qalibik. Qarşı tərəf məsələni təqzib etməlidir, amma hələ də bu işin böhtan olduğunu demir. Ona görə də məsələ uzanır”.
Qeyd edək ki, Aysel Əlizadə bu məsələ ilə bağlı yenidən məhkəməyə müraciət etdiklərini açıqlayıb.
Halal olsun ki, sübuta yetirib Xoşqədəm üzərində qələbə qazanmısan. Allah köməyün olsun və ona hər şeyi təkzib elətdirəsən, inşAllah!
Aysel ozu aydan ari sudan durudu axi,camaatin ərin əlindən alib anani usagindan ayiranda bilmirdi ki o qadinin ahı əvvəl axir tutacaq Ayseli?Sənin səviyyəsizlərin qeyrətdən namusdan danismaga hələ dili də var
Berde