Həştərxanda fəaliyyət göstərən “Azərbaycan İş Mərkəzi”nin direktoru Nəsimi Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
“Hörmətli cənab Prezident,
Tarixi Prezident seçkilərində qazandığınız möhtəşəm qələbə münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, titanik dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Qədirbilən xalqımız növbəti dəfə Ulu Öndər Heydər Əliyev yoluna, milli dövlətçilik prinsiplərinə sadiqliyini və öz “dəmir yumruqlu” sərkərdəsinə, əvəzedilməz liderinə inamını möhtəşəm həmrəyliklə ifadə edərək, tariximizin son dərəcə məsuliyyətli bir dönəmində “İlham Əliyevlə yola davam” demiş, Azərbaycanın işıqlı sabahına, tərəqqisinə və çiçəklənməsinə, gələcək zəfərlərinə səs vermişdir.
Cənab Prezident, bütün həyatını millətimizin hərtərəfli inkişafı naminə mübarizələrə həsr etmiş Ümummilli Liderimizin arzuları müdrik siyasi dühanız sayəsində çin olmuş, “Azərbaycan dünyaya günəş kimi doğmuşdur”.
Siz öz milli missiyasını yerinə yetirmiş nadir tarixi şəxsiyyətlərdənsiniz və xalqımızın yaddaşında əbədi yaşayacaqsınız.
Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Sizinlə fəxr edir, adınızla qürur duyur.
Tanrı Sizi qorusun!”.