Ru
17:16 / 04 Sentyabr 2024

“Nikosayağı”nın qəzaya düşdüyü avtomobilinin nömrəsini satışa çıxarıldı - MƏBLƏĞ

“Nikosayağı”nın qəzaya düşdüyü avtomobilinin nömrəsini satışa çıxarıldı - MƏBLƏĞ
Eye

"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirli qəzaya düşdüyü "Porsche" markalı avtomobilinin nömrəsini satışa çıxarıb.

Bakupost.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, satışa çıxarılan nömrə 10 GR 005 dövlət qeydiyyat nişanıdır.

Təcili satışa çıxarılan nömrə 16 min manata təklif olunur.

Qeyd edək ki, bir müddət əvvəl isə avtomobilin ehtiyat hissələri çıxarılaraq ayrı-ayrılıqda satılıb.

Xatırladaq ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar