Ru
16:33 / 10 Mart 2023

"Ölkədə qarışıqlıq yaratmaq istəyirlər" - Fazil Mustafa

17947
“Bu insidentlər təsadüfi deyil. Görünür, hansısa formada ölkədə qarışıqlıq yaratmaq istəyirlər”.


Bu sözləri millət vəkili Fazil Mustafa Bakupost.az -a açıqlamasında deyib.


O, baş verən insidentlərin təsadüfi olmadığını vurğulayıb:

“Hüquq-mühafizə orqanları bu hadisələrin qarşısını qətiyyətlə alır. Təhlükəsizlik xidməti əməkdaşları da öz işlərini görürlər. Bu cür təxribatlarla Azərbaycana qarşı hansısa problem yaratmaq mümkün deyil. Ümid edək ki, bu, kriminal zəmində baş verən insidentdir. Amma hər halda hadisənin siyasi çalarları da ola bilər. Bunun üzərində düşünmək lazımdır. Qarşısının alınması üçün operativ addımlar atılmalıdır”.


Millət vəkili vətəndaşları da ayıq-sayıq olmağa çağırıb:


"Belə proseslərin genişlənməsinin qarşısını almaq üçün addımlar atılmalıdır. Eyni zamanda vətəndaşlar da fəal, ayıq-sayıq olmalıdırlar. Hər kəs öz çevrəsində baş verəcək hadisələrin müəyyən nəticə doğuracağını anlamalıdır. Bu istiqamətdə hamılıqla səy göstərib dövlətin çətin vəziyyətə düşməsinin qarşısını almalıyıq”.

Aynur İbrahim
BakuPost


Həmçinin oxuyun:









Şərhlər
  • t.ədalət

    Ölkədə qarışıqlıq salmaq istəyirlər-yox,artıq qarışıqlıq salıblar.Bu məsələ ,təkcə İranının pozuculuq törətməsiu ilə bitmir.Eyni zamanda,həm də Rusiyanın ölkəmizdəki casusları da həmin pozuculara dəstək olurlar.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin




Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər