Ru
09:56 / 16 Sentyabr 2024

Polis zabiti qəzada həlak oldu - VİDEO

Polis zabiti qəzada həlak oldu -  VİDEO
Eye

Şəmkir rayonunda ağır yol qəzası baş verib.


Bakupost.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayonun Şiştəpə kəndi ərazisində “Toyota” markalı avtomobilinin qəzaya uğraması nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Elbəyi Həsənov vəfat edib. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, vəfat edən E.Həsənov polis baş leytenantıdır. Ailəli olan E.Həsənov Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar