Cəlilabad şəhər bələdiyyəsinin sabiq sədri Mehdi Kərimov saxlanıldığı Bakı İstintaq Təcridxanasında növbədənkənar parlament seçkilərində səs verib.
Bakupost.az xəbər verir ki, həbsxanadakı səsvermə məntəqəsindən çəkilən görüntülər mediada yayılıb.
Fotodan artıq bir ildir ki, həbsdə qalan M.Kərimovun xeyli arıqladığı diqqət çəkir.
M.Kərimov, Cəlilabad rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Baş memar Sahil Qənbərli və Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyev ötən ilin avqust ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Onların vətəndaşlardan 44 min manat pul almasına əsaslı şübhələr yaranıb və cinayət başında saxlanılıblar.
Göstərilən faktlarla bağlı başlanmış cinayət işi üzrə Sahil Qənbərli və Mehdi Kərimov müvafiq olaraq Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), Əmrah Quliyev isə həmin Məcəllənin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Sahil Qənbərli və Mehdi Kərimovun barəsində vəzifədən kənarlaşdırma, Əmrah Quliyevin barəsindəvəzifədən kənarlaşdırma, istintaq orqanının qərarilə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Vasif
BakuPost