“Qarabağ” heyətini xorvatiyalı futbolçu ilə gücləndirməyi planlaşdırır.
Bakupost.az qafqazinfo-ya istinadla xəbər verir ki, Ağdam təmsilçisi “Barselona”nın sabiq üzvü Alen Haliloviçlə maraqlanır. Hazırda tərəflər arasında danışıqlar gedir.
A.Haliloviç hazırda müqavilə ilə Niderlandın “Fortuna”(Sittard) klubuna məxsusdur.
Xorvatiya millisində (2013-2019) 10 oyun keçirmiş Alen “Dinamo”(Zaqreb), “Barselona”, “Sportinq”(Xixon), “Hamburq”, “Las-Palmas”, “Milan”, “Standard”(Liej), “Herenven”, “Birmingem”, “Ridinq”, “Riyeka” klublarında oynayıb.