Ru
00:40 / 14 Avqust 2024

"Qarabağ" “Ludoqorets”i darmadağın etdi: 7:2

"Qarabağ" “Ludoqorets”i darmadağın etdi: 7:2
Eye

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Bakupost.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.

Qurban Qurbanovun komandası pley-offa vəsiqə uğrunda Bolqarıstan çempionu “Ludoqorets”lə mübarizə aparacaq.

Xatırladaq ki, ilk oyun “Ludoqorets”in qələbəsi ilə yekunlaşıb.

Cütün qalibi ÇL-in pley-off mərhələsində Xorvatiya çempionu “Dinamo” (Zaqreb) ilə üz-üzə gələcək.

Məğlub olan tərəf isə Avroliqanın pley-off mərhələsində “Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunu

13 avqust

22:00. “Ludoqorets” – “Qarabağ”

Baş hakim: Simone Sozza (İtaliya)

Razqrad. “Ludoqorets Arena”.

***

“Ludoqorest”: 39. Hendrix Bonmann, 17. Son, 24. Oliver Verdon, 4. Diniş Almeyda, 3. Anton Nedyalkov (k), 30. Pedro Naressi, 6. Yakub Pyotrovski, 23. Deroy Duarte, 7. Rik, 12. Rvan Seko, 9. Kvadvo Dua

Ehtiyat oyunçular: Padt, Hristov, Rick, Nedelev, Tissera, Seko, Qropper, Kurtuluş, Vitru, Çoçev, Yordanov, Delev

“Qarabağ”: 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo

Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 2.Mateus Silva, 27. Toral Bayramov, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica

***
Matç başladı.

***
Juninyo 7-ci dəqiqədə hesabı açdı.

***
13-cü dəqiqədə Kvadvo Dua hesabı bərabərləşdirir - 1:1.

***
22-ci dəqiqədə “Ludoqorets” penaltidən hesabı 2:1 edir.

***
Benzia 45-ci dəqiqədə hesabı 2:2 edir.

***
Leandro Andrade 45+5-də hesabı 3:2 edir.

***
Birinci hissə başa çatdı

***
Fasilə

***

İkinci hissə başladı.

***

Matçın 90 dəqiqəsi Azərbaycan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatdı. Ümumi hesab bərabər olduğundan, qalibi müəyyənləşdirmək üçün əlavə hissələr oynanılacaq.

***

İlk əlavə hissənin başlanğıcında Toral Bayramov "Qarabağ"ın növbəti qolunu vurur - 2:4.

Şərhlər
  • Mammadli Farid

    Əla????????

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar