Ru
17:57 / 21 Fevral 2023

Ramiz Novruzu bu cür dəfn etmək ayıbdır! - Xalq artisti od püskürdü - VİDEO

18067
“Sovet dövründə adicə əməkdar artist dünyasını dəyişəndə belə onu Akademik Milli Dram Teatrının səhnəsindən və yaxud kiçik formada aktyorlar evindən götürürdülər. Yəni, dövlət aktyorun, sənətin qədrini bilirdi, sənətin qiymətini bilənləri dəyərləndirirdi. Amma indi elə bil dünya heç bunların vecinə deyil”.

Bakupost.az xəbər verir ki, bu sözləri Xalq artisti Əli Nur həmkarı Ramiz Novruzun vəfatı ilə bağlı açıqlamasında deyib.

Xalq artisti qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən Ramiz Novruzun dəfni heç də layiqli şəkildə təşkil olunmayıb:


“Təsəvvür edin, saat 4 radələridir, bizə hələ indi dəfnə toplaşmışıq. Bu məsələ əvvəldən layiqli şəkildə təşkil olunmalı, Ramiz Novruz kimi çox dəyərli sənətkar layiqli dəfn edilməli idi. Axı Ramiz Novruz elə-belə aktyor deyil. O, Azərbaycan kinosunun, teatrının böyük aktyorudur. Bu sənətkar da gərək şərəflə, ləyaqətlə, adına layiq, həmçinin Azərbaycan mədəniyyətinin, dövlətinin adına layiq dəfn olunaydı. Axı bu cür aktyorlar səhnədə 50 il can qoymuş adamlardır. Onlar Azərbaycan mədəniyyətinin ideologiyası, tribunasıdır. Ramiz Novruz Akademik Milli Dram Teatrının səhnəsindən götürülməli, mədəniyyət nazirliyinin yüksək səviyyəli məmurları heç olmasa hərəsi bir-iki kəlmə söz deyəydi. Ramiz Novruzu gizli şəkildə dəfn etmək axı ayıbdır!”


Şərhlər
  • Əlimövsüm Məmmədov

    Dəyərli sənətkarları şərəfli yola salmaq borcumuzdur. Mədəniyyət Nazirliyində, mən bilmirəm, bu cür məsələlərə baxan var, ya yox, bu onların məsuliyyətindən irəli gəlir. Bu cür ögey münasibət gələcək nəslə heç nə vəd etmir.

  • ibrahim

    Rəhmətlik İlham Əsgərov mənim qohumumdu.O da rəhmətə gedəndə heç kim sahib çıxmadı dəfn yeri vermədilər.Qohumlar yığışıb rayona apardı doğma kəndində dəfn etdi.Əsil xalq artistlərinə qiymət verilmir, zir-zibillərə xalq artisti adı pulla verilir.

  • Hikmət

    Əlbəttə., TOPPUŞBACI... prizmasından baxanda..., doğru deyirsiniz. Əməkdar artist... Toppuşbacı vəfat edəndə, respublika sosial şəbəkəlıri, TV lər..., indi indi kiriyiblər, sakitləşiblər. Kimlərsə, hətta, TOPPUŞBACI FONDU... yaradılması təklifi ilə fərqlənməyə çalışdı, humanizm göstərdi .. Bəli, bu baxımdan.., Ramiz Novruzlunun vəfatı, vida mırasimi bə dəfni... ,zəif bir Bakı küləyinə, mejinə

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər